SEPAH ABŞ və onun regiondakı müttəfiqlərinə xəbərdarlıq edib.
Heftelik.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.
SEPAH ABŞ-ın müttəfiqlərinin neft-qaz infrastrukturuna hücumlarda daha təmkin göstərməyəcəklərini bəyan edib: “Biz ABŞ və onun tərəfdaşlarının infrastrukturuna elə zərbə vuracağıq ki, onlar illərlə regionun neft-qazından məhrum qalacaqlar”.
Bəyanatda bildirilib ki, İran indiyə qədər qonşuluq prinsiplərinə sadiq qalaraq, hədəfləri seçərkən müəyyən məhdudiyyətlərə əməl edib: “Lakin bundan sonra bütün bu məhdudiyyətlər aradan qalxmış sayılır”.
