Vaşinqton razılaşma əldə edə bilməsə, İrana qarşı hərbi əməliyyatlara çox asanlıqla qayıdacaq.
Heftelik.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Sky News”a bildirib.
Donald Tramp qeyd edib ki, hazırkı danışıqlarda irəliləyiş var və İranda iddia edilən maksimalist tələblərin əslində çox hissəsi artıq razılaşdırılıb: “Əgər razılaşma yaxşı olmazsa, biz çox asanlıqla geri dönəcəyik”.
