İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan ordusunun komandanı feldmarşal Asim Munir arasında telefon danışığı olub.

Heftelik.az  Fars agentliyinə istinadən xəbər verir ki, tərəflər İran Prezidenti və Pakistan Baş naziri arasında baş tutan söhbətdə müzakirə olunmuş mövzuların izlənilməsi və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Eyni zamanda, İsrailin İranda və Livanda atəşkəsi pozması da müzakirə olunan məsələlər arasında olub.

Pakistanın Baş naziri Şahbaz Şərif də “X” hesabında yazıb ki, münaqişə zonası boyu bir sıra yerlərdə atəşkəsin pozulma halları qeydə alınıb. O, tərəfləri atəşkəsə əməl etməyə çağırıb: “Bu, sülh prosesinin ruhunu zədələyir. Diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün bütün tərəfləri razılaşdırıldığı kimi, iki həftə ərzində təmkinli olmağa və atəşkəsə riayət etməyə çağırıram”.