Müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları fəaliyyətə məhdudiyyətlər qoya bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Məhdudiyyətlər ətraf mühitə zərər və aqroekosistemə mənfi təsir göstərən hallarda tətbiq olunur. Fəaliyyətin azaldılması və ya bitkilərin tamamilə itməsi riskləri də nəzərə alınır. Ərzaq təhlükəsizliyi və ətraf mühitin qorunması məqsədilə vətəndaşların fəaliyyətinə qadağalar qoyula bilər. Tarixi-mədəni irsin qorunması təmin edilir. Fiziki və hüquqi şəxslərin qanuni maraqları müdafiə olunur. Məhdudiyyətlər dövlət proqramları çərçivəsində tətbiq edilir.
