Mədəni bitkilərin sahibləri kommersiya məqsədli istifadə gəlirlərindən faydalana bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.

Onlar tədqiqatlara dəstək verə və mühafizə prosesində iştirak edə bilərlər. Beynəlxalq proqram və layihələrdə iştirak hüququna malikdirlər. Aqrobiomüxtəlifliyin qorunub saxlanması üçün beynəlxalq əlaqələr yarada bilərlər. Hüquqlar dövlət tərəfindən qorunur. Hüquqlar mədəni bitkilərin səmərəli istifadəsini təşviq edir. Sahiblər həmçinin genetik ehtiyatların qorunması və təbliği işlərində aktiv iştirak etməlidirlər.