Rumıniya futbolunun tanınmış simalarından biri olan Mirça Luçesku vəfat edib.
Heftelik.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq 80 yaşlı mütəxəssis həyatını itirib.
Xatırladaq ki, Luçesku martın 29-da da təcili xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyəti Slovakiyaya uçuş ərəfəsində, son məşqdən əvvəl keçirilən texniki iclas zamanı pisləşmişdi. Aprelin 2-də isə o, Rumıniya millisinin baş məşqçi postundan ayrılmışdı.
M.Luçeskunun səhhətindəki problemlər 2025-ci ilin sonunda kəskinləşməyə başlayıb. Yanvarın sonunda o, kəskin soyuqdəymənin ürək problemlərini ağırlaşdırması səbəbindən daha bir neçə gün xəstəxanada qalmalı olmuşdu.
Zəngin məşqçilik karyerası olan rumıniyalı mütəxəssis İtaliyanın “İnter”, “Piza”, “Breşiya”, Türkiyənin “Qalatasaray”, “Beşiktaş”, Ukraynanın “Dinamo” (Kiyev) və “Şaxtyor” (Donetsk) komandalarına rəhbərlik edib. O, 2024-cü ildən Rumıniya yığmasını çalışdırırdı.
