Xəzər dənizində 5,3 maqnitudalı zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən xəbərə görə, yerli vaxtla saat 13:05-də baş verən zəlzələnin ocağı 70 km dərinlikdə yerləşib.

Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.

FHN Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub. Qeyd edilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.