Sahiblər mülkiyyətlərindəki genefond nümunələrinin qorunmasını təmin etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Mədəni bitkilərin səmərəli istifadəsinə görə məsuliyyət daşıyırlar. Ənənəvi təsərrüfat sistemlərini qoruyub saxlamalıdırlar. Yeni bitki sortlarının yaradılmasına dəstək vermək öhdəliklərinə daxildir. Milli Genbanka nümunələri təqdim etməlidirlər. Tədris və təlim işlərində iştirak etmək də vəzifələrinə daxildir. Digər qanuni vəzifələr qanunla müəyyən edilir.
