İran müharibə istəmir, amma eyni zamanda öz hüquqlarından da imtina etmək niyyətində deyil.
Heftelik.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Müctəba Xamenei müraciətində bildirib.
İranın böyük bir gücə çevrilməyin astanasında olduğunu vurğulayan Xamenei Tehranın vurulan hər bir zərərə və şəhidlərin qanına görə təzminat tələb edəcəyini bildirib.
Daha sonra Hörmüz boğazı ilə bağlı məsələlərə də aydınlıq gətirən Ali Rəhbər ölkəsinin boğazın idarə olunmasında yeni bir mərhələyə qədəm qoyacağını deyib.
Xamenei bundan başqa İran xalqını hakimiyyətə dəstəklərini nümayiş etdirmək üçün küçələrə çıxmağa davam etməyə çağıraraq bu dəstəyin hərbi əməliyyatlar bitdikdən sonra belə vacib olduğunu qeyd edib.
