ABŞ İslamabadda keçiriləcək danışıqlarda İranda həbs olunan vətəndaşlarının azad olunması məsələsini qaldırmağı planlaşdırır.

Heftelik.az xəbər verir ki, bu barədə “The Washington Post“ məlumat yayıb.

Məlumatda “azı 6 ABŞ vətəndaşının İranda təzyiq rıçaqı kimi saxlanıldığı” bildirilib.

Qeyd edək ki, İranda casusluq ittihamı ilə həbs olunan əcnəbilər, o cümlədən ABŞ vətəndaşları var.