
Azərbaycan mədəni brend bitkiləri milli sərvət kimi qorunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Ənənəvi mədəni brend bitkilərin və areallarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir. Bu bitkilər kənd təsərrüfatı, dərman və bəzək bitki formaları üzrə müəyyən edilir. Areallarda becərilmə və sahələrin genişləndirilməsi stimullaşdırılır. Başqa növ bitkilərin əkilməsi qadağandır. Bitkilər sərgilərdə və yarmarkalarda təbliğ olunur. Elmi-tədqiqat işləri aparılır və genetik ehtiyatların mühafizəsi təmin edilir.
