Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəza törədib.

Heftelik.az  xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində bir nəfər ölüb, daha 12 nəfər xəsarət alıb.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.