Təzyiqlərə baxmayaraq Böyük Britaniya İranla müharibəyə qoşulmayacaq və Hörmüz boğazında blokadanı dəstəkləmir.
Heftelik.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer “BBC Radio 5 Live”a müsahibəsində deyib.
O, boğazın yenidən açılmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb: “Fikrimcə, boğazın açılması və tam şəkildə açıq qalması son dərəcə vacibdir və biz son günlər bütün səylərimizi məhz buna yönəltmişik. Bunu davam etdirəcəyik”.
