ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçmək haqqı yoxdur və olmayacaq.
Heftelik.az xəbər verir ki, bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahının bəyanatında qeyd olunub.
Əlavə edilib ki, müharibə başa çatdıqdan sonra da İran Hörmüz boğazına nəzarət üçün daimi bir mexanizm tətbiq edəcək. Qeyd olunub ki, əgər İran İslam Respublikasının limanlarının təhlükəsizliyi təhdid olunsa, Körfəz və Oman dənizində heç bir liman təhlükəsiz olmayacaq.
