Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın onun ünvanına tənqidlərinə münasibət bildirib.

Heftelik.az-ın xəbərinə görə, Əlcəzairə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini, bundan sonra da müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini deyib.

“Mən Tramp administrasiyasından qorxmuram.  Siyasətçi deyiləm, İncil haqqında danışıram. Buna görə də müharibəyə qarşı yüksək səslə danışmağa davam edəcəyəm. Onunla mübahisəyə girmək niyyətim yoxdur. Bəzi insanların etdiyi kimi İncilin istismar edilə biləcəyini düşünmürəm. Bu mesajı oxuyan insanların öz nəticələrini çıxara biləcəklərini düşünürəm”, – Roma Papası əlavə edib.

Qeyd edək ki, Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.

“Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir”, – Tramp bildirib.

Tramp xüsusən Roma Papasının ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazılığını dilə gətirib. Son paylaşımında isə Tramp özünü İsa peyğəmbə kimi şəfa verən qismində təsvir edib.