Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
Heftelik.az xəbər verir ki, istintaq üzrə daha 10 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 3-ü saxlanılıb, 4 nəfər yaşadığı ünvanda tapılmayıb, 3 nəfərin isə ölkə xaricində olduğu müəyyən edildiyindən barələrində axtarış elan olunub.
Məlumata görə, “məşhurların narkotik təminatçısı” kimi tanınan və həbsdə olan sosial media fenomeni Sercan Yaşar dünən ifadə vermək üçün məhkəməyə gətirilib. Onun “narkotik maddələrin satışı” ittihamı üzrə aparılan istintaqda cinayəti etiraf etdiyi və effektiv peşmanlıq mexanizmindən yararlandıqdan sonra azadlığa buraxıldığı bildirilib.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində səhər saatlarında keçirilən əməliyyat zamanı “istifadə məqsədilə narkotik və ya psixotrop maddə əldə etmə, qəbul etmə və ya saxlama” ittihamı ilə Aleyna Tilki, Danla Bilic, İrem Sak və Senna Yıldız saxlanılıb.
Saxlanılma qərarı olan Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə yaşadıqları ünvanda aşkar edilməyib. Həmçinin xaricdə olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində də axtarış qərarı çıxarılıb.
