
Fransanın dənizçilik şirkəti CMA CGM bir konteyner gəmisinin Hörmüz boğazında hücuma məruz qaldığını açıqlayıb.
Heftelik.az xəbər verir ki, şirkəti yaydığı açıqlamada qeyd edilib ki, “San Antonio” gəmisi dünən Hörmüz boğazından keçərkən hücumun hədəfi olub.
Hücum nəticəsində bəzi ekipaj üzvləri yaralanıb, gəmidə ziyan dəyib.
Yaralılar xəstəxanalara yerləşdirilib.
***
saat 10.11
Hörmüz boğazında ticarət gəmisinə hücum olub.
Heftelik.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Hörmüz boğazında baş verən hadisə barədə məlumat alıb. Təsdiqlənmiş mənbə ticarət gəmisinin naməlum mərmi ilə vurulduğunu bildirib”, – məlumatda deyilir.
Hücuma məruz qalan gəminin adı və ya hücuma məruz qaldığı yerin dəqiq koordinatları da daxil olmaqla, hadisə ilə bağlı əlavə məlumat verilməyib.
