Qanun müəyyən hallarda emitentin emissiya prospekti və informasiya memorandumu hazırlamaq öhdəliyindən azad edilməsini nəzərdə tutur. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Dövlət, bələdiyyə, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar və Mərkəzi Bank tərəfindən qiymətli kağızlar emissiya edildikdə həmin sənədlərin tərtibi tələb olunmur. Dövlət zəmanəti ilə təmin edilən investisiya qiymətli kağızları da bu istisnaya daxildir. Hər bir investor üçün təklif edilən qiymətli kağızların dəyəri Mərkəzi Bankın müəyyən etdiyi məbləğdən çox olduqda da emitent sənədləri hazırlamaq öhdəliyindən azad edilir. Bu istisnalar, həmçinin müəyyən şərtlərlə buraxılan səhmlərə, konvertasiya edilən qiymətli kağızlara və kütləvi təklif nəzərdə tutulmayan emissiyalara şamil olunur.