İstiqrazların buraxılışı zamanı emitentdən müəyyən dövrü əhatə edən maliyyə hesabatlarının təqdim edilməsi tələb olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Ümumi qaydaya əsasən, emitent son üç maliyyə ili üzrə audit yoxlamasından keçmiş maliyyə hesabatlarını təqdim etməlidir. Emitent üç ildən az müddətdə yaradılıbsa, yaradıldığı dövrə uyğun son maliyyə illəri üzrə hesabatlar təqdim edilməlidir. Bir ildən az fəaliyyət göstərən emitent həmin dövrü əhatə edən maliyyə hesabatlarını təqdim etməlidir. Mikro və kiçik sahibkarlıq subyektləri bu audit edilmiş hesabatlarla bağlı tələbin istisnası kimi göstərilib.

