İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi emitentin həmin kağızları ilk mülkiyyətçilərin əldə etməsi üçün təqdim etməsidir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Yerləşdirmə qiymətli kağızlar ilk mülkiyyətçilərin depo hesablarına köçürüldüyü anda başa çatmış sayılır. Bu proses kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir. Emitent qiymətli kağızları yerləşdirmək hüququnu onların buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra əldə edir. Beləliklə, qeydiyyat yerləşdirmə prosesinin başlanması üçün əsas şərtdir.