Gəncədə evdən iki meyit tapılıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin ərazisində qeydə alınıb.

Belə ki, yaşayış evlərinin birində 1972-ci il təvəllüdlü İ. Hacıyev və 1987-ci il təvəllüdü T. Məmmədovun meyiti aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.