Bu gün paytaxtın Nizami rayonu ərazisində – Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobilin aşmasının görüntüləri yayılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, idarəetmədən çıxaraq körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.

Banı üzərində yola düşən avtomobil yararsız hala düşüb.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.