Qeyri-hökumət təşkilatlarının növləri müəyyənləşir, ictimai birlik və fond yalnız bir növ yaradıla biləcək.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ictimai birliklər aşağıdakı növlərdən biri üzrə yaradıla bilər:
Peşə sahəsi üzrə ictimai birlik:
– sosial-humanitar sahə üzrə ictimai birlik;
– mədənəiyyət və incəsənət sahəsi üzrə ictimai birlik;
– təhsil və elm sahəsi üzrə ictimai birlik;
– ekologiya sahəsi üzrə ictimai birlik;
– hüquq sahəsi üzrə ictimai birlik;
– iqtisadi sahə üzrə ictimai birlik;
– qanunla müəyyən edilmiş digər növlər.
Fondlar aşağıdakı növlərdən biri üzrə yaradıla bilər;
– İctimai faydalı fond;
– xeyriyyə fondu;
– qanunla müəyyən edilmiş digər növlər.
Layihəyə əsasən, ictimai birlik və fondlar yalnız bir növdə yaradıla bilər. Qeyrihökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.
