Hollivud ulduzu Leonardo Di Kaprio 52 yaşını Los-Ancelesdə dəbdəbəli məclislə qeyd edib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, aktyorun Beverli-Hillzdə təşkil olunan ad günü mərasiminə çoxsaylı məşhurlar qatılıb.
Lakin gecədə ən çox diqqət çəkən məqam məclisə bir qrup gənc qadının mikroavtobuslarla gəlməsi olub. Şəffaf detallı, cəsarətli geyimlərdə olan qadınlar fotoqrafların diqqətini çəkiblər.
Qonaqlar arasında “Love Island USA” yarışmasının iştirakçısı Kortni Boerner də olub. O, ağ rəngli, şəffaf detallı qısa libası ilə görüntülənib.
Aktyorun doğum gününə Tobi Maquayr, Cona Hill, Keysi Afflek, Edrien Broudi, Al Paçino, Orlando Blum, Kara Delevin, reper 50 Cent və digər tanınmış simalar qatılıblar. Keçmiş Kanada Baş naziri Castin Trüdo da qonaqlar arasında olub.
Məclisdən yayılan görüntülər Di Kaprionun şəxsi həyatını yenidən gündəmə gətirib.
Qeyd edək ki, aktyor uzun illərdir özündən xeyli gənc qadınlarla münasibət yaşaması ilə müzakirə olunur. Onun keçmiş sevgililəri arasında Jizel Bündhen, Bar Rafaeli və Kamila Morrone kimi məşhur modellər var.
Di Kaprionun 2023-cü ilin avqustundan italiyalı model Vittoriya Çeretti ilə münasibətdə olduğu bildirilir. Hazırda modelin 28 yaşı var. Aktyorun əvvəlki münasibətlərinin bir neçəsinin sevgililərinin 25 yaşına çatdığı dövrdə sona çatması sosial şəbəkələrdə dəfələrlə müzakirə edilib.




