Emissiya dayandırıldıqdan sonra Mərkəzi Bank təqdim olunan hesabat əsasında növbəti qərarını qəbul edir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Hesabatdan pozuntuların aradan qaldırıldığı müəyyən edilərsə, tənzimləyici emissiyanın davam etdirilməsi barədə qərar qəbul edir. Pozuntular aradan qaldırılmadıqda və ya hesabat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə isə emissiya baş tutmamış hesab edilə bilər. Mərkəzi Bank müvafiq qərarı hesabatı aldığı və ya almalı olduğu tarixdən beş iş günü ərzində qəbul etməlidir. Emissiyanın davam etdirilməsi barədə qərar aidiyyəti şəxslərə göndərilir və açıqlanır, dayandırıldığı müddət isə qiymətli kağızların təklif və yerləşdirmə müddətinə əlavə olunur.

