“Real” Türkiyə millisinin üzvü Arda Gülərlə müqaviləni uzadıb.

Heftelik.az  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gənc futbolçu ilə 2032-ci ilin yayına qədər yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Arda Gülər 2023-cü ildən “Real”da çıxış edir. O, Madrid klubunda 83 oyunda meydana çıxıb və 16 qol vurub.