Azərbaycan Uşaq Fondunun Hökumət Evində yerləşən ofisinin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən boşaldıldığı iddia olunur.Heftelik.az xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Zəhra Bədəlbəyli bununla bağlı İnstagram-da video paylaşaraq Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
O bildirib ki, Xidmətin əməkdaşları heç bir sənəd təqdim etmədən onları ofisdən çıxarmağa və otaqları boşaltmağa çalışırlar:
“Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. İndi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Xahiş edirəm, məsələyə diqqət yetirəsiniz”.
