ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün yaxşı imkanların olduğunu deyib.

Heftelik.az  xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.

Çində Rusiya prezidenti Vladimir Putinlə görüşü və Ukrayna münaqişəsinin müzakirəsinə münasibət bildirən Tramp deyib:

“Bizim sülhün əldə olunması ilə bağlı çox yaxşı danışıqlarımız gedir. Düşünürəm ki, uğur qazanmaq üçün real şanslarımız var”.

Tramp həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna böhranının sülh yolu ilə həllinə nail olmaq istəyini açıq şəkildə ifadə edib.

“Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirdim. O, Rusiya ilə Ukrayna arasında müharibənin diplomatik vasitələrlə başa çatdırılmasını istədiyini açıq şəkildə bildirdi”, –Tramp əlavə edib.