Olqa Buzova, Artik & Asti və digər sənətçilərlə əməkdaşlıq edən musiqi prodüseri Elmir Məhərrəmov Moskvanın mərkəzində ölü tapılıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 36 yaşlı musiqi prodüserinin cəsədi noyabrın 23-ü günortadan sonra Moskvanın qərbində tapılıb.
İlkin məlumatlara görə, o, sevgilisi ilə mübahisə etdikdən sonra yaşayış binasının pəncərəsindən yıxılıb.
Onun cəsədini noyabrın 23-ü günorta saatlarında Vasili Lanovoy küçəsində tanışı aşkar edib. Həkimlər onun hadisə yerində öldüyünü bildiriblər. Prodüser yıxılmadan əvvəl spirtli içki qəbul edib.
Vəfat edən prodüser Elmir Məhərrəmov bu yaxınlarda sevgilisi ilə birlikdə yaşamağa başlayıb və o, şou-biznesə qayıdıb.
33 yaşlı Nadejda bildirib ki, Elmirin ölümündən sonra hazırda şokdadır. Musiqiçinin ailəsinin sözlərinə görə, sevgilisi ona prodüserliyə qayıtmağa kömək edib. O, model kimi çalışır, bloq yazır və dırnaq salonuna sahibdir. Dostları qeyd edirlər ki, Məhərrəmov son vaxtlar şən görünürdü.
Son illərdə prodüser böyük musiqi layihələrindən uzaqlaşıb. O, həmçinin pul çətinliyi ilə üzləşib, külli miqdarda borc alıb.
Prodüsser Sergey Dvortsov da bildirib ki, ölümündən bir müddət əvvəl musiqi prodüseri Elmir Məhərramovun spirtli içki və borc problemləri olub.
Başqa bir mənbənin sözlərinə görə, Məhərrəmov müxtəlif tərəfdaşlarından təxminən beş milyon rubl borc alıb.
“Onun spirtli içkilərlə bağlı problemləri yaranmışdı və son bir ildə çox qapalı idi və nadir hallarda kiminləs ünsiyyətdə olurdu”, – Dvotrsov əlavə edib.
