ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinin yanvarın sonunadək təmin olunduğunu bildirib.

Heftelik.az  xəbər verir ki, ABŞ Prezidenti bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.

Donald Tramp gələn ilin yanvarında Konqresə nəzarətin demokratlara keçməsindən sonra İrana qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarının məhdudlaşa biləcəyini etiraf edib.

ABŞ Prezidenti ABŞ-ın hazırda İran üzərində tam qələbə qazandığını iddia edərək, demokratların bunu məğlubiyyətə çevirə biləcəyindən narahatlığını ifadə edib.