Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, polis axtarışda olan şəxsin tutulması üçün aparıcının bağ evində əməliyyat keçirib.
Belə ki, axtarışda olan Əlihüseyn Hüseynovun həmin ünvanda gizlənməsi barədə polisə məlumat daxil olub.
Hadisə yerinə gedən əməliyyat qrupu Ə.Hüseynovu gizləndiyi bağ evində həbs edib.
O da məlum olub ki, həmin şəxsin Fira Cəlilova ilə heç bir qohumluq əlaqəsi yoxdur.
Sadəcə axtarışda olan şəxsin həmin evdə gizlənməsinə bilə-bilə şərait yaradılıb.
Qeyd edək ki, aAparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynovla bağlı bəzi detallar məlum olub.
Məlumata görə, uzun müddət müxtəlif cinayətlərlə əlaqəli axtarışda olan Ə.Hüseynov bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.
O, aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirilib. Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.
Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub və şəxsin həmin bağ evində gizləndiyi bildirilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib.