Heftelik.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.

Vilyam Hacıyev səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb.

Onun cəzasının başa çatmasına 1 ildən bir qədər çox vaxt qalmışdı.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 5 may 2020-ci ildə saxlanılıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 ay müddətinə azaldıb.