Azərbaycan Qran-prisi Maks Ferstappenin (“Red Bull”) qələbəsi ilə başa çatıb.
Heftelik.az-ın məlumatına görə, ötən il Bakıdakı yarışda qəza törədən niderlandlı pilot bu dəfə finişə birinci çatıb.
BUNA DA BAX: Bakıda "Formula 1" başladı
İkinci sırada onun komanda yoldaşı Serxio Peres, finişə üçüncü çatan isə Corc Rassell (“Mercedes”) olub.
Ümumilikdə, finişə 20 pilotdan 15-i çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.
“Formula-1” üzrə Azərbaycan Qran-prisində mükafatlandırma mərasimi keçirilib.