“Qalatasaray” yeni baş məşqçisi ilə anlaşdı

22 İyun 2022

“Qalatasaray”ın yeni baş məşqçisi müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, 2022/23 mövsümündən “cim-bom”u sabiq futbolçusu Okan Buruk çalışdıracaq.

BUNA DA BAX: Azərbaycan yığması baş məşqçisi ilə yollarını ayırdı

Şəxsi səbəblərdən Fransada olan 48 yaşlı mütəxəssis gecə saatlarında İstanbula gəlib. Dərhal klubun bazasına yollanan Buruk prezident Dursun Özbəklə görüşərək müqavilənin detallarını müzakirə edib.

Prezidentin 2 illik müqavilə təklifini çalışdırıcı qəbul edib. Hətta onun az maaşa “Qalatasaray”da çalışmağa razılıq verdiyi bildirilir. Mütəxəssisin 2 illik sazişə qol çəkməsinin səbəbi Dursun Özbəkin məhz 2024-cü ilin yayına qədər prezident seçilməsidir.

Okan Buruk məşqçilik karyerasında 7 fərqli komanda çalışdırıb. Onun son klubu “Başakşəhər” olub.

Qeyd edək ki, “Qalatasaray” baş məşqçisi Domenek Torrenlə dünən yollarını ayırıb.

buruq

Top