Messi-Ronaldo rəqabətində bu göstərici dəyişdi

19 Sentyabr 2022

Lionel Messi yeni rekorda imza atıb.

Heftelik.az-ın məlumatına görə, argentinalı ulduz penaltilər nəzərə alınmamaqla vurulan qol sayında zirvəyə yüksəlib.

BUNA DA BAX: Qurban Qurbanov 4 qol vuran oğlundan DANIŞDI

O, PSJ-nin Liqa1-in “Lion”la matçında qələbə qoluna sevinib – 1:0. Bu Messinin karyerasında ümumilikdə 802-ci, penaltiləri saymasaq, 672-ci qolu olub. O, hərəyə 671 dəfə fərqlənən Kriştiano Ronaldo və Peleni arxada qoyub. Ümumi qol sayı 834-ə bərabər olan Ronaldo 150 oyun çox keçirib.

Qeyd edək ki, Messi cari mövsümün 11 matçında 6 qola imza atıb.

37 Baxış
Top