İstanbulun “Beşiktaş” klubu yeni futbolçu transfer edib.
Heftelik.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Beşiktaş” 23 yaşlı Amir Hadziahmetovicin transferi ilə bağlı “Konyaspor”- la razılıq əldə olunub.
“Beşiktaş” futbolçu üçün “Konyaspor”-a 3 milyon avro ödəyəcək. Bu gün müqavilə imzalamaq üçün İstanbula gələcək Amir Hadziahmetovic 25 oyunda meydana çıxacağı halda isə “Konyaspor”-a əlavə 1 milyon avro ödəniləcək.
Futbolçu ilə 4,5 illik müqavilə imzalanacaq və bu müddət ərzində o, 3 milyon avro alacaq.
Qeyd edək ki, İstanbulun digər klubu “Qalatasaray” da Amir Hadziahmetovici transfer etmək istəyən klublar arasında olub.