Messi dünya çempionatının finalında penaltilər seriyasında nə etdiyini açıqlayıb

01 Fevral 2023 21:02

Argentina yığmasının kapitanı Lionel Messi Qətərdə dünya çempionatının finalında Fransa ilə penaltilər seriyasında Qonsalo Montiel həlledici zərbəni vurarkən pıçıldadığını etirfa edib.

Heftelik.az-ın xəbərinə görə, Lionel Messi “Urbana Play” radiosuna müsahibəsində deyib ki, həmin annı yaxşı xatırlamır.

Futbolçu bildirib ki, sadəcə, Qonsalo Montielin qol vurmasını və  əzabların bitməsini istəyib: “Mən bütün həyatım boyu olduğu kimi Allaha dua etdim.  Qonsalo Montielə dedim ki, qolu vur, hər şey başa çatsın, bunu uzatmayaq. Allaha dua etdim ki, bu, başa çatsın”.

Qeyd edək ki, fevralın 18-də dünya çempionatının finalında Argentina yığması və Fransa millisi arasında oyunun əsas hissəsi 2:2 hesab ilə başa çatıb. Əlavə olunan hissədə də tərəflər bir dəfə fərqlənib. Messi final oyununda dubla imza atıb. Oyunun taleyini isə penaltilər seriyası müəyyən edib və  4:2 hesabı ilə qalib gələn Argentina dünya çempionu olub.

42 Baxış
Top