Portuqaliya klubu Yaponiyadan 55 yaşlı futbolçunu transfer edib

01 Fevral 2023 23:02

Yaponiyanın “İokoqame” klubunda çıxış edən Kazu Miura 55 yaşında Portuqaliyanın ikinci liqasında çıxış edən “Oliveyrense” klubuna transfer olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “İokoqame” klubunun saytında məlumat yerləşdirilib.

Kazu Miura icarə əsasında bu mövsümün sonuna qədər “Oliveyrense” klubunda çıxış edəcək. 55 yaşlı Kazu Miura bildirib ki, Portuqaliya klubuna təşəkkür edir: “Ən yaxşı keyfiyyətlərimi nümayiş etdirmək üçüq mümkün olan hər şeyi edəcəm”.

Qeyd edək ki, Kazu Miura peşəkar karyerasına 1986-cı ildə başlayıb. Kazu Miuranın ilk klubu Braziliyanın “Santos” klubu olub. 1994-1995-ci illərdə İtaliyanın “Cenoa” klubunda çıxış edib,  2005-ci ildən Yaponiyanın “İokoqamı” klubunun hücumçusudur.

Kazu Miurı Yaponiya yığmasının tərkibində 89 matçda 55 qol vurub. O, 1992-ci ildə komandası ilə Asiya Kubokunun sahibi olub.

56 Baxış
Top