Azarın “Real”-da meydana  çıxmamasının səbəbi açıqlanıb

15 Mart 2023 09:03

Madridin “Real” klubunun baş məşqçisi Karlo Ançelotti Eden Azarın 20 yaşlı braziliyalı futbolçu Vinisius Juniora rəqabətdə uduzduğu üçün meydana çıxmadığını bildirib.

Heftelik.az-ın “Marca” qəzetinə istinadən verdiyi məlumata görə, Karlo Ançelotti  deyib ki, Eden Azar münasibətimizin pis deyil, amma futbolçu baş məşqçi ilə çox danışmadıqlarını söyləməkdə haqlıdır.

Baş məşqçi qeyd edib ki, hətta öz övladlarından biri ilə daha çox, digəri ilə daha az danışır: “Əsas odur ki, Eden Azar mənə, mən də ona  hörmətlə yanaşıram. Eden Azar niyə meydanda yoxdur. Çünki Real komandasında yüksək rəqabət var. Eden Azarın mövqeyində matçlarda özünü  daha yaxşı göstərən Ainisius oynayır”.

21 Baxış
Top