
Ramiz Mikayiloghlu
Rumıniya Prezidenti Bakıya səfərə gəlir
Rumıniya prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycana səfərə gələcək.
Heftelik.az-ın məlumatına görə, bu barədə Rumıniyanın rəsmi cursdeguvernare.ro saytı məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Azərbaycandan Avropaya elektrik enerjisinin ötürülməsi, yaşıl enerji və logistika məsələləri müzakirə ediləcək.
“Artıq Türkiyə bölgəsində sabitləşdirici gücdür” - Ərdoğan
“Artıq Türkiyə Türkiyədən böyükdür, bölgəsində sabitləşdirici gücdür”.
Heftelik.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, artıq Türkiyə qlobal güc olmaq yolunda irəliləyir.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya-Ukrayna böhranının həlli üçün çalışdığını vurğulayıb, Rusiya Prezidenti Vladimir Putinlə kasıb ölkələrə taxıl və gübrənin ixracı ilə bağlı əldə olunan razılaşmanın həyata keçirilməsindən danışıb.
Vikinqlər Britaniyaya Skandinaviyadan itlərini və atlarını gətiriblər
Darem Universiteti və Brüssel Azad Universitetinin alimləri vikinqlərin Britaniyaya itləri və atları ilə gəldiklərinə dair ilk sübutu tapdıqlarını bildiriblər.
Heftelik.az-ın xəbərinə görə, tədqiqatın nəticələri “PLOS ONE” jurnalında dərc olunub.
Arxeoloqlar qədim vikinqlərə aid olan Hit Vud məzarındakı qəbirdə insan cənazələrini və heyvan qalıqlarını araşdırıblar. Həmin vikinqlər IX əsrdə Britaniyaya hücum ediblər. İzotopların analizi göstərir ki, yaşlı insan at, it və donuzu ilə birgə Skandinaviyadan gəlib, Britaniyaya gələndən qısa müddət sonra ölüb.
Tədqiqatın nəticələrindən məlum olur ki, vikinqlər Britaniyaya gələn zaman tək heyvanları ələ keçirməyiblər, həm də Skandinaviyadan Britaniyaya heyvanlar gətiriblər. Bununla bərabər, vikinqlər heyvanlarını o dərəcə qiymətləndiriblər ki, səfərləri zamanı onları da özləri ilə götürüblər. Döyüşçü isə ölümündən sonra dəfn edilərkən heyvanları da onunla eyni qəbirdə basdırılıb.
Alimlər hesab edirlər ki, qəbirdə tapılan donuzun qalıqları da yəqin ki, tanrılar üçün qurban edilən donuzların qalıqlarıdır.
Portuqaliya klubu Yaponiyadan 55 yaşlı futbolçunu transfer edib
Yaponiyanın “İokoqame” klubunda çıxış edən Kazu Miura 55 yaşında Portuqaliyanın ikinci liqasında çıxış edən “Oliveyrense” klubuna transfer olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “İokoqame” klubunun saytında məlumat yerləşdirilib.
Kazu Miura icarə əsasında bu mövsümün sonuna qədər “Oliveyrense” klubunda çıxış edəcək. 55 yaşlı Kazu Miura bildirib ki, Portuqaliya klubuna təşəkkür edir: “Ən yaxşı keyfiyyətlərimi nümayiş etdirmək üçüq mümkün olan hər şeyi edəcəm”.
Qeyd edək ki, Kazu Miura peşəkar karyerasına 1986-cı ildə başlayıb. Kazu Miuranın ilk klubu Braziliyanın “Santos” klubu olub. 1994-1995-ci illərdə İtaliyanın “Cenoa” klubunda çıxış edib, 2005-ci ildən Yaponiyanın “İokoqamı” klubunun hücumçusudur.
Kazu Miurı Yaponiya yığmasının tərkibində 89 matçda 55 qol vurub. O, 1992-ci ildə komandası ilə Asiya Kubokunun sahibi olub.