Məktəbəhazırlıq qruplarına qeydiyyat başladı - PROSEDUR

05 Avqust 2022

Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır.

Təhsil Nazirliyindən Heftelik.az-a verilən məlumata  görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilir. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

BUNA DA BAX: "Erməni hərbi birləşmələri ərazimizdən çıxarılmalıdır" - Azərbaycan Prezidenti Makronu məlumatlandırdı

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

47 Baxış
Top