Məsafə öyrənməni azaltmır. Biz bu gerçəyi son iki ayda gördük. Həm də duyduq.
Yeni növ koronavirus (COVİD-19) səbəbilə keçirdiyimiz karantin günlərində zamanla sıxılırıq, müxtəlif əyləncələrlə məşğul oluruq, günləri keçiririk. Bu günlərdə isə ən həssas təbəqələrdən biri və hətta birincisi uşaqlardır. Uşaqların ev şəraitində fəaliyyətlərinin və təhsilinin təşkilində yenə də əsas rolu valideynlərlə yanaşı müəllimlər icra edir. Belə ki, gənc nəslin istər mənəvi, istərsə də zehni inkişafı məhz müəllimlik kimi şərəfli peşə sahiblərinin öhdəsinə düşür.
Bu iki ay ərzində yüksək səyləri ilə çalışan təhsil işçilərimizi də görürük. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilk günlərdən “Mədəniyyət” telekanalında online dərslərə start verdi, övladlarımıza özünü yetirdi. Təhsil Nazirliyi son bir ayda yaşanan çətin günlərdə uşaqlara dərs öyrətmək üçün xüsusi əziyyəti keçən müəllimlərin əməyinə dair videoçarx hazırlayıb.
Ancaq müəllimlərimiz bununla da kifayətlənməyərək, müxtəlif proqramlarla online dərslərə başladılar. Yetər ki, övladlarımız təhsildən qopmasınlar, uzaqlaşmasınlar. Bu, bir vəfadır, bu, bir xidmətdir, bu, bir Vətən sevgisidir. Üstəlik, qürur duyulan bu səylərini sadəcə, öz şagirdlərinə deyil, bütün Vətən övladlarını öz şagirdləri sayıb, digər müəllimlərlə də online paylaşaraq, onların da faydalanmasına kömək edirlər.
Bu təşəbbüsü göstərən öndər məktəblərdən biri də Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban xanım Vəliyevadır. Mehriban xanım Vəliyeva ilk gündən uşaqların təhsildən, tədris prosesindən geri qalmaması üçün online dərslər təşkil edib. Direktor müavinləri Anar Mustafazadə, Samirə Məsimova, Nigar Axundova, Aynur Hüseynova, Zaur Balaqadaşov, məktəbin müəllimləri Ələddin Məmmədli, Pərvin Qəribova, Xatirə Maqsudova, Günel Bağırova, Gülxas Aslanova, Rəna Xəlilova, Pərviz Ağalarovun da bu istiqamətdə əməkləri qeyd olunmalıdır.
“Mədəniyyət” telekanalında təşkil olunan dərslərdə Anar Mustafazadə, Pərvin Qəribova, Ələddin Məmmədli kimi müəllimlər dərsləri diqqət çəkməyə bilməz. Eyni zamanda gündəlik dərs cədvəlinə uyğun olaraq, hər gün şagirdlərə online dərslər keçirilir. Liseyin müəllimləri hər gün onlayn rejimdə şagirdləri ilə əlaqə yaradır və mövcud dərs cədvəllərinə uyğun tədrisi davam etdirirlər. Valideynlər də övladlarına göstərilən bu əvəzsiz qayğını yüksək qiymətləndirir və onlara təşəkkür edirlər.
Əlbəttə bu çətin günlər keçəcək, ancaq burada gələcəyə verilən bir mesaj var : “Müəllimlərimiz ”bizburadayıq” deyərək gələcəyimizin memarlarına sadəcə təhsil deyil, düşünməyi öyrədirlər.
Biz valideynlər:
- Siz müəllimlərə çox minnətdarıq!
- Siz müəllimlərin sayəsində övladlarımız daha da zirvələrə ucalacaq!
- Məktəbimizin açılacağı günü həsrətlə gözləyir, Sizlərə təşəkkür edirik!
- Dəyərli müəllimlərimiz! Biz sizinlə güclüyük!