AAF klassik avtomobil sahiblərini yürüşə dəvət edir

20 May 2022

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını yürüşə dəvət edir. Federasiyadan verilən xəbərə görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək klassik avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri tədbirdə iştirak etmək üçün 23 may saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

Qeydiyyat üçün əlaqə:

(012) 505 60 03 və ya (050) 295 01 00

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

65 Baxış
Top