“Aztelekom”un baş direktoru işdən çıxarılıb? - Nazirlik aydınlıq gətirdi - YENİLƏNİB

07 Dekabr 2022 16:12

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Aztelekom” MMC-nin baş direktoru Klaus Müllerin işdən çıxarılması xəbərini təkzib edib. 

Nazirlikdən  bildirilib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"K.Mueller hazırda şirkətin rəhbəri kimi fəaliyyətini davam etdirir", - deyə qurum bəyan edib. 

***

saat 14.29

“Aztelekom” MMC-nin baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.

Heftelik.az-ın oxu.az-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb. 

BUNA DA BAX: Sənubər Nəzərova yeni vəzifəyə təyin edildi

Qeyd edək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.

 
Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
 
K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib.
53 Baxış
Top