Ən keyfiyyətsiz sabit disklər məlum olub.
Heftelik.az-ın xəbərinə görə, bu, bu sahə üzrə ixtisaslaşmış “Backblaze” şirkətinin 2022-ci il üzrə hesabatında əksini tapıb.
Hesabata əsasən ən keyfiyyətsiz sabit disklər “Seagate Exos X14 14TB” və “HGST Ultrastar He8 8TB” olub. Bu modellərin müvafiq 5,70% və 5,27% -i ilə bağlı problemlərlə əlaqədar müraciətlər olub.
Keçən il ən keyfiyyətli sabit disk də “Seagate”-nin modeli “Exos 8 TB” olub.