Bakıda yanğın olan ticarət mərkəzi söküldü

28 Avqust 2019

“Diqlas” ticarət mərkəzinin söküntüsü başa çatıb.

Heftelik.az-ı APA-ya istinadın verdiyi  məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nümayəndəsi Seymur Kərimov bildirib.

BUNA DA BAX: Rayon İcra Hakimiyyətinin binasının təmiri 1 milyon manata rəsmiləşdiriləcək

S Kərimov deyib ki, söküntü işləri artıq yekunlaşıb və tikinti qalıqlarından təmizlənmiş ərazi avqustun 30-u adiyyatı orqanlara təhvil veriləcək.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib.

Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.

 

Top