Bakı ilə Saratov arasında birbaşa təyyarə reysi açılır

28 Avqust 2019 19:08

 

Rusiyanın “İjavia” aviaşirkəti bu ölkənin Saratov şəhəri ilə Bakı arasında birbaşa uçuşlar yerinə yetirmək üçün müvafiq rəsmi icazə əldə edib.

Heftelik.az “Report”-a istinadən verdiyi məlumata görə, ötən gün imzalanan rəsmi əmrə görə uçuşlar həftədə iki dəfə Saratov şəhərinin 20 avqust tarixində rəsmi açılışı keçirilmiş yeni hava limanına həyata keçiriləcək.

BUNA DA BAX: MiQ-29 döyüş təyyarəsinin axtarışlarının detalları açıqlandı 

Xatırladaq ki, bir qədər əvvəl adıçəkilən şirkət Rusiyanın Perm şəhərindən də Bakı arasında həftədə iki dəfə birbaşa uçuşlar yerinə yetirmək icazəsi almışdı.

428 Baxış
Top