Tikinti sektorunda 20 faizlik geriləmə var - RƏSMİ

09 Sentyabr 2019

Azərbaycanda tikinti sektorunda tənəzzülü aradan qaldırmaq mümkün olmayıb.

 

Heftelik.az-ın məlumatına görə, bu ilin yanvar-iyul aylarında tikintidə əlavə dəyər 9,1 faiz azalıb.

 

Əgər 2018-cu ilin yanvar-iyul aylarında tikinti sahəsində yaradılan əlavə dəyər  2 milyard 854,3 milyon manat olubsa, 2019-ci ilin yanvar-iyul aylarında bu göstərici 2 milyard 643,8 milyon manata enib.

 

BUNA DA BAX: Azərbaycanda qiymət artımını şərtləndirən əsas amillər açıqlandı

 

Tikinti sahəsində tənəzzül keçən il də qeydə alınıb. 2017-ci ilin yanvar-iyul aylarında tikinti sahəsində əlavə dəyər 3 milyard 278,7 milyon manat olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz çoxdur. 2017-ci illə müqayisədə isə 2019-cu ildə bu sahədə 19,4 faiz azalma var.

 

Qeyd edək ki, Samir Nuriyev 21 aprel 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. S. Nuriyev təyinatdan sonra tikintidə müvafiq normaların tətbiqi tələbi ilə çıxış edib, Bakıda köhnə və yararsız binalarla əlaqədar həyata keçirilən bir çox pilot layihələr yarımçıq dayanıb. Millət vəkili Fəzail Ağamalı da bir müddət əvvəl  S. Nuriyevi tikinti sahəsində problemlər yaratmaqda, son nəticədə Bakıda tikinti işlərinin dayanması ilə minlərlə insanı işsiz qoymaqda günahlandırıb.

   

Top