Rayon İcra Hakimiyyətinin binasının təmiri 1 milyon manata rəsmiləşdiriləcək

27 Avqust 2019

 

Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.

Heftelik.az-ın məlumatına görə, Gədəbəy Rayon İcra Hakimiyyətinin bununla bağlı elan etdiyi təkliflər sorğusunun nəticəsi açıqlanıb.

BUNA DA BAX: Azərbaycanda 3 təhsil müəssisəsində 250 min manatdan çox yeyinti aşkarlandı - İş prokurorluğa göndərildi

Gədəbəy Rayon İcra Hakimiyyəti inzibati binasının əsaslı təmiri və yenidən qurulması üçün "Azərtranss" MMC-yə 933 min 623,8 manat ödəyəcək.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevdir. O, bu vəzifəyə 28 avqust 2018-ci il tarixdə təyin edilib.

302 Baxış
Top