“Tranzit keçən nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyə dəyişiklik nəticəsində dövlət büdcəsinə daxilolmalar 22 milyon manat azalacaq”.
Heftelik.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Bununla belə, komitə sədri deyib ki, qanunvericiliyə dəyişikliklər Azərbaycan üzərindən tranzit yük daşımaların artmasına, yükdaşıma şirkətlərimiz üçün daha əlverişli imkan yaradacaq. Son nəticədə isə gələcəkdə büdcəyə daxilolmalar artacaq.